Skip to main content
working

Əmək təhlükəsizliyi ( SƏTƏM )

Diqqətli olmağı tələb edən məqamlar!

 

Əmək təhlükəsizliyi və işçinin sağlamlığı yalnız beton istehsalı müəssisələrində və betonun istehsalı prosesində deyil, betonun daşınması və tökülməsi prosesində də diqqət edən vacib  məsələdir.

İnşaat sektorunun mühüm sahəsi sayılan beton sektorunda baş verən iş qəzalarının əsas miqdarı beton tökümü əsnasında ortaya çıxmaqdadır.

Bu səbəbdən, transmikser və avtonasos operatorları beton tökümü əsnasında  ortaya çıxa biləcək, gözlənilən qəza riskləri və bunlara qarşı görüləcək tədbirlər haqqında ciddi təlimatlandırılmalıdır.

Beton tökümü prosesində iş təhlükəsizliyi dedikdə birinci növbədə aşağıda qeyd edilən nüanslara diqqət yetirilməlidir:

 

- İstifadə ediləcək əraziyə betonun təhlükəsiz bir şəkildə daşınmasının bütün şərtləri təmin edilməli (yol şəraiti, nəqliyyat vasitələrinin təhlükəsizliyi);

- Beton mikseri avtomobilləri və avtonasos operatorları nəzarət və istifadə sistemləri haqqında kifayət qədər məlumat sahibi olmalı;

- Beton tökümünə uyğun olmayan ərazilərdə qarşılaşa biləcəkləri risklər və təhlükələrlə bağlı operatorlar məlumatlandırılmalıdır;

- Daşınma zamanı  ehtimal edilən itkilərin nəticələri və onlara qarşı önləyici tədbirlər haqqında operatorlar məlumatlandırılmalıdır;

- Mikserlər, avtonasos və daşıyıcı nəqliyyat vasitələrinin  işıqlandırılması uyğun şəkildə təmin olunmalıdır;

- Avtonasos operatorlarına mütəmadi qarşılaşdıqları və avtonasos borusunun elektrik naqillərinə dəyməsilə meydana gələn elektrik qəzalarına qarşı təlimatlar verilməlidir;

- Yüksək gərginlikli elektrik xəttləri ətrafında və şəraitində görülən işlərdə müəyyən məsafədən idarəetmə cihazları mövcud olmalıdır.

Crystal Beton sadaladığımız bütün təhlükəsizlik tədbirlərinə qarşı məsuliyyətlə yanaşır və iş zamanı ortaya çıxa biləcək təhlükəli vəziyyətlərlə bağlı əvvəlcədən  işçi heyətini təlimatlandırır.

 

 

+

Bizimlə əlaqə

+99470 223 22 00
(012) 533 08 82
info@crystalgroup.az

Şəfayət Mehdiyev, 93, Bakı, Azərbaycan
Google xəritədə baxın