Skip to main content
Crystalbeton

Beton istehsalı

Beton istehsalında  üstün standartları hədəfləyən Crystal Beton müasir texnoloji yenilikləri ölkənin inşaat sektoruna təqdim  edərək Bakı və Abşeron regionunda icra olunan tikinti layihələrini yüksək keyfiyyətli və möhkəm betonlarla təmin edir.

Beton istehsalı müəssisələrimizdə istehsal prosesi insan müdaxiləsi olmadan, tam avtomatlaşdırılmış şəkildə aparılır. Türkiyənin avtomatlaşdırılmış idarəetmə  sistemi vasitəsilə beton markalarının stabil keyfiyyətlə istehsalı, habelə operativ və ən uyğun marşrut üzrə transferi həyata keçirilir. Beton transferi zamanı bir müəssisədə texniki nasazlıq meydana gəldikdə digər beton istehsalı müəssisələrimizdən istehsal prosesi hiss olunmadan davam etdirilir.

Crystal Beton ara kəsilmədən fasiləsiz  beton transferini icra etmək üçün zəruri olan çoxlu sayda yenilənmiş transmikser və pompa dəstinə sahibdir.

Beton və beton qarışığı tərkibini təkmilləşdirmək üçün beton qarışığının istehsalı zamanı kimyəvi qatqılardan istifadə olunur. Bu qatqılar vasitəsilə beton qarışığına istənilən xassələri vermək olar.

Müştərilərimizin sifarişlərindən asılı olaraq beton istehsalı müəssisələrimizdə müxtəlif təyinatlı və markalı beton istehsal olunur.

1. Solid beton

2. Əmtəə beton

3. Rəngli beton

4. Püskürmə beton

5. Öz axarı ilə yayılan beton

6. Fibro beton

 

+

Bizimlə əlaqə

+99470 223 22 00
(012) 533 08 82
info@crystalgroup.az

Şəfayət Mehdiyev, 93, Bakı, Azərbaycan
Google xəritədə baxın