Skip to main content

Biz yüksək keyfiyyətli beton istehsal edirik!

Missiyamız

Beton istehsalında qabaqcıl texnologiyanın həlli yollarının daha geniş tətbiqinə nail olmaq və ortaya qoyduğumuz keyfiyyət standartlarını qorumaqla  səmərəli nəticələr əldə eləmək.

Tərəfdaşlarımızın və müştərilərimizin bizə olan yüksək etimadını doğrultmaq üçün istehsal fəaliyyətimizdə kreativ yanaşmanı və yaradıcılıq mədəniyyətini təşviq eləmək.

Hədəfimiz

Müştəri məmnuniyyətini bir qayda olaraq ön planda tutmaq, verilən sifarişlərin dəqiq və zamanında icrasına nail olmaq. Etibarlı, möhkəm, əlavə xidmət tələb etməyən tikinti materialı sayılan beton istehsalında  üstün standartların tətbiqini genişləndirmək.

Biz dürüst və üstün texniki xidmətlər göstəririk.

Crystal Beton keyfiyyətin  və dürüstlüyün ünvanıdır.

Modern texnologiya və keyfiyyətli xammal ilə çalışırıq.

Haqqımızda

Ölkəmizin inşaat işləri sahəsinə verdiyi dəyərli töhfələrlə ixtisaslaşan “Crystal Beton” QSC beton məhsulları zavodu kimi 2002-cü ildən fəaliyyətə başlayıb.

İnşaat müəssisələrinə, hüquqi və fiziki şəxslərə yüksək keyfiyyətli beton satışı  məqsədilə Binəqədidə kiçik beton zavodunun qurulması ilə fəaliyyətimizə başladıq və sonralar bazarda beton məhsullarına artan tələbatı qarşılamaq məqsədilə beton müəssisələrinin sayı artırılmışdır və “Crystal Beton” QSC adı altında birləşdirilmişdir.

Hazırda Abşeron rayonunun Xırdalan şəhərində, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbəsində, Nizami rayonunun Keşlə qəsəbəsində və Yasamal rayonunda 4 zavodumuz fəaliyyət göstərir.

Şirkətimiz beton istehsalı sahəsində ölkəmizin aparıcı şirkətlərindən biri kimi  müştərilərinə yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən beton məhsulları təqdim etməklə, ölkə əhəmiyyətli, sayılıb-seçilən və uğurlu layihələrə imza atmışdır. Daim modernləşməyə açıq olan, qabaqcıl iş metodlarını və texnologiyanı fasiləsiz mənimsəyən şirkətimiz təlim keçmiş mühəndis texniki işçi heyəti, müasir cihazlarla təchiz olunmuş laboratoriyası  və maşın parkı ilə hər cür infrastruktur işlərini qısa müddətdə tamamlayır.

Beton alıcılarının gözləntilərini doğrultmaq və bazarın tələblərini davamlı şəkildə qarşılamaq üçün yüksək keyfiyyətli beton məhsulları təqdim etmək, qabaqcıl texnoloji həll yollarının tətbiqinə nail olmaq əsas prioritetlərimizdən biridir.

“Crystal Beton” QSC fəaliyyətinin ilk günündən etibarən qazandığı uğurlar və keyfiyyətli beton istehsalına görə, çalışdığı sektorda yaratdığı iş dəyərlərinə və  peşəkar komandaya borcludur.

 

+

Bizimlə əlaqə

+99470 223 22 00
(012) 533 08 82
info@crystalgroup.az

Şəfayət Mehdiyev, 93, Bakı, Azərbaycan
Google xəritədə baxın